Ötən gün axşam saatlarında Pakistan ərazisində elektrik enerjisinin verilməsində ciddi problem yaşanıb. İşıqsız qalan ölkə qaranlığa qərq olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, elektrik enerjisini paylama sistemində texniki nasazlıq baş verib. Milli enerji şirkətində qəzanın səbəblərini araşdırmaq üçün komitə yaradılıb.
Hazırda ölkənin bəzi yerlərində enerji təchizatı bərpa edilib.