Rusiyalı dövlət xadimi Sergey Prixodko bu gün vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri S.Prixodkonun ailə üzvləri və yaxın ətrafındakı mənbələrə istinadla məlumat verib. Bildirilib ki, Rusiya baş nazirinin keçmiş müavini, hökumət aparatının keçmiş rəhbəri Sergey Prixodko bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun 64 yaşı var imiş.

İctimai-siyasi xadimin ölümünün dəqiq səbəbi və detallar açıqlanmayıb. Rusiya hökumətindən məlumatı təsdiqləyiblər.