Premyer Liqamızın 17-ci turunda bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Unikal.org xəbər verir ki, Peşəkar Futbol Liqası Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.

Qeyd edək ki, görüşlər fevralın 25-də baş tutacaq. Həmin gün "Zirə" "Neftçi"ni, "Qəbələ" "Sumqayıt"ı, "Sabah" "Keşlə"ni, "Qarabağ" isə "Səbail"i qəbul edəcək.