Millimizdə çıxış edən daha bir əcnəbi idmançı Azərbaycanı tərk edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, 2012-ci ildən Azərbaycan milli komandasının şərəfini qoruyan Efiopiya əsilli yüngül atlet Hayle ibrahimov ölkəmizlə müqaviləsini yeniləməyib. O bir muüddətdir ki, ölkəsinə qayıdıb və Azərbaycan vətəndaşlığından çıxıb.
Hayle İbrahimovun millimizi tərk etməsi ilə bağlı xəbəri Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə Unikal.org-a təsdiqləyib:
"Haylenin Ümid İdman Klubu ilə müqaviləsi vardı. O da başa çatıb, müqaviləni yeniləməyib. Klubun vasitəsilə millimizdə çıxış edirdi".
Xatırladaq ki, Hayle İbrahimov 2013 və 2015-ci ildə keçirilən Yay Universiada Oyunlarında qızıl medal qazanıb. 2013 İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı olan Hayle İbrahimov həmçinin Avropa Çempionatının gümüş və bürünc, Avropa Salon Çempionatının isə qızıl və gümüş medallarını qazanıb.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Aygün İlqarqızı