Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Unikal.org xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” komandası İtaliya “Milan”ını qəbul edəcək. “Qırmızı-qaralar”da Hakan Çalhanoğlu, Zlatan İbrahimoviç, Ante Rebiç və Mario Mancukiç zədə səbəbindən bu görüşü buraxacaq. “Mançester Yunayted”də isə David De Xea ailəvi məsələlərə görə, Pol Poqba, Xuan Mata və Fil Cons isə zədə səbəbindən “Milan”la oyunda iştirak etməyəcək.
İngiltərənin “Tottenhem” komandası bu mərhələdə Zaqreb “Dinamo”sunu, London “Arsenal”ı isə Yunanıstan “Olimpiakos”unu mübarizədən kənarlaşdırmağa çalışacaq.
“Ayaks” ilk matçda “Yanq Boyz”u doğma meydanda qəbul edəcək. Bir neçə gün əvvəl Şotlandiya Premyer Liqasında çempionluğunu rəsmiləşdirən “Reyncers” isə Çexiyada “Slaviya”nın qonağı olacaq.
Avropa Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
11 mart
21:55 Mançester Yunayted (İngiltərə) – Milan (İtaliya)
21:55 Slaviya (Praqa, Çexiya) – Reyncers (Qlazqo, Şotlandiya)
21:55 Ayaks (Niderland) – Yanq Boyz (İsveçrə)
21:55 Dinamo (Kiyev, Ukrayna) – Vilyarreal (İspaniya)
00:00 Qranada (İspaniya) – Molde (Norveç)
00:00 Tottenhem (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya)
00:00 Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə)
00:00 Roma (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)