İspaniyanın “Barselona” futbol klubunun rəhbərliyi yayda böyük dəyişikliklər həyata keçirə bilər.

Bu barədə Unikal.org “As” agentliyinə istinadən xəbər verir.

Mənbəyə görə, klubun iki ulduzunun - braziliyalı Filipe Koutinyo və fransız Antuan Qrizmannın gələcəyi təhlükə altındadır.

Hər iki futbolçu klubdakı mövqeyindən razıdır. Ancaq rəhbərlik klubu gücləndirmək barədə qərar verərsə, adları qeyd olunan oyunçular transferlərə əlavə vəsait əldə etmək üçün satıla bilər.