Türkiyənin "Qalatasaray" klubunun cari mövsümün sonunda vidalaşacağı futbolçular müəyyənləşib.
Unikal.org "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda 3 oyunçusu ilə yollarını ayıracaq.
Bunlar uruqvaylı müdafiəçi Marselo Saraççi, nigeriyalı yarımmüdafiəçi Oqenekaro Etebo və onun həmyerlisi Valentin Ozornvafordur.
Qeyd edək ki, "Qalatasaray" 2 gün öncə legioneri Yunes Belhandanın müqaviləsini birtərəfli qaydada ləğv edib.