Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Türkiyənin İstanbul şəhərində bu gün start götürən Premyer Liqa turnirində finala vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı qızıl medal görüşünə çıxacaq.

Həmçinin kata üzrə Azərbaycan millisi bürünc medal uğrunda yarışacaq. Hər iki qarşılaşma martın 14-də olacaq.

Yığmanın lideri Rafael Ağayev (75 kq) isə 1/4 finalda məğlub olub.