Kikboksinq üzrə dünya çempionu, tanınmış idmançı Bəram Rəcəbzadə bu dəfə məharətini rinqdə yox,  mətbəxdə göstərib.

Unikal.org xəbər verir ki, "Altın Qurd" leqebli kikbokçu qonaq olduğu verilişdə mətbəxə keçib və çoban salatı hazırlayıb.

O veriliş boyu idmana gəlişindən və qazandığı uğurlardan danışıb.

Dünya səviyyəli kikboksçu idmana başlayan zaman 30 kq olduğunu vurğulayıb.