Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun "Qarabağ" - "Sabah" matçından əvvəl baş hakim Orxan Məmmədov üçün jest edilib.

Unikal.org xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik bu qarşılaşmadan sonra hakimlik karyerasını bitirəcək 36 yaşlı Məmmədova xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.