“Neftçi” klubu futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.
Unikal.org xəbər verir ki, bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, cənubi azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Neftçi”yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyuna 1 qol vurub.