Fransa Liqasında PSJ "Nantes"i qəbul edib. Oyun zamanı ev sahibi komandanın argentinalı ulduzu Di Marianın evi qarət edilib.

Unikal.org Fransa KİV-nə istinadən xəbər verir ki, soyğun zamanı futbolçunun  ailəsinin girov götürülüb.

1:1 davam edən matçın 62-ci dəqiqəsində PSJ-nin idman direktoru Leonardo baş məşqçi Poçettinoya hadisə ilə bağlı məlumat verib. 

62-ci dəqiqədə Di Maria oyundan çıxarılıb. Oytundan kənarlaşdırılmasına təəccüblənən futbolçuya ailəsi ilə bağlı durum izah edilib.  Hadisədən xəbər tutan futbolçu gözyaşlarını saxlaya bilməyib və evinə gedib. 

Di Maria'nın maç esnasında evine hırsız girdi, apar topar maçtan çıkıp ailesinin yanına koştu

Həmçinin oyunçunun ailə üzvlərini girov götürən şəxslər onları şiddədtə məruz qoyub və evin yuxarı mərtəbəsindəki seyfdəki bütün pulları oğurlayıblar. 

Bundan əlavə PSJ-nin digər oyunçusu Markinosun atasının da evindən oğurluq edildiyi bildirilib.  

Angel Di Maria Substituted After Robbery During PSG Vs Nantes

Qeyd edək ki, 2015-ci ildə Di Maria "Mançester Yunayted"də oynayarkən oğrular evinə girməyə çalışmış, ancaq həyəcan siqnalı sayəsində bu baş verməmişdi.