Yaponiyalı yarımmüdafiəçi Keysuke Honda “Neftçi” ilə rəsmi müqaviləyə qol çəkib.
Unikal.org məlumatına görə, imzalanma mərasimi “Bakcell Arena”nın mətbuat konfransı zalında baş tutub.
35 yaşlı ulduz futbolçunun Bakı təmsilçisi ilə sözləşmə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Tədbirdə klub prezidenti Kamran Quliyev və vitse-prezidenti Elnur Eyvazov da iştirak edib.
O, "Neftçi"də 4 nömrəli formanı geyinəcək.