UEFA prezidenti Aleksander Çeferin AÇ-2020-nin oyunlarının azarkeşlərin iştirakı ilə keçiriləcəyini bildirib.
Unikal.org xəbər verir ki, bu barədə 54 yaşlı funksioner “Sky Sports”a açıqlamasında deyib. Çeferin, AÇ-2020-də bütün oyunların azarkeşlərin iştirakı ilə keçiriləcəyini və bunu qəbul etməyən ölkələrdən ev sahibliyinin alınacağını bildirib:
“Bir neçə ssenarimiz var. AÇ-2020-də hansısa bir oyunun azarkeşsiz keçirilməsi ehtimalı yoxdur. Ev sahibi hər ölkə oyunların azarkeşlərlə keçirilməsini təmin etməlidir. Yekun qərar aprelin 20-də veriləcək”.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.