2012-ci ildə keçirilən London Olimpiadasında çempion olandan sonra karyerasını bitirən Karolina Sevastyanova nəinki Rusiyanın, dünyanın ən cazibədar qadın idmançılarından biri sayılır.
Unikal.org xəbər verir ki, karyerasını başa vurmasına rəğmən, "Instagram"dakı izləyicilərinin sayı gündən-günə artan Karolina pərəstişkarlarını sosial şəbəkədə əyləndirməyə davam edir.
Xatırladaq ki, Karolina Sevastyanova "Instagram"da səhifəsi olan kişilərə mənfi münasibət bəslədiyini açıqlamışdı:
"Aktiv "Instagram" istifadəçisi olan oğlana gözümün ucuyla da baxmaram. Məncə, normal kişilərin "Instagram" səhifəsi olmamalıdır. Olsa belə, dostları və yaxınları üçün yaratdığı bağlı hesabdan istifadə etməlidir. Başqa versiyaları düzgün saymıram".