Çexiyanın "Slaviya" (Praqa) komandası futbol üzrə ölkə çempionatında 2020/2021 mövsümünün qalibi olub.
Unikal.org xəbər verir ki, XXX turda Plzen "Viktoriya"sına 5:1 hesabı ilə qalib gələn Praqa təmsilçisi sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bu qələbədən sonra xallarını 78-ə çatdıran paytaxt klubu ən yaxın izləyicisi "Yablonets"i 16 xal qabaqlayır.
Qeyd edək ki, bu, "Slaviya"nın ölkə birinciliyində ardıcıl 3-cü, ümumilikdə isə 7-ci çempionluğudur.