Ermənistanda hərbi hissələrdən birində əsgər meyiti tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə “Sputnik”ə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

İlkin məlumatda hərbçinin intihar etdiyinin ehtimal olunduğu qeyd edilib.

Bildirilib ki, həmin şəxs hərbi xidmətə bu ilin əvvəlində çağırılıb.