"Volfsburq" klubunun yeni baş məşqçisi bəlli olub.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq PSV-ni çalışdıran (2018-2019) Mark van Bommel Bundesliqa təmsilçisinin sükanı arxasında keçib. 44 yaşlı niderlandlı mütəxəssislə 2023-cü ilin iyulunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Volfsburq" 2020/2021 mövsümündə Bundesliqanı 61 xalla 4-cü sırada bitirib.