Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
Unikal.org-un məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam".