Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, yığmamız Belarusla qarşılaşıb.

Baş məşqçi Canni de Byazinin yetirmələri bu dəfə də yoldaşlıq matçına səfərdə çıxıb. Minskin “Dinamo” Olimpiya Stadionundakı qarşılaşma yığmamızın bu il keçirdiyi ümumilikdə 5-ci, yoxlama görüşləri çərçivəsində 3-cü sınağı olub.

2021-ci ildə məğlubiyyətləri sıralayan komandamız uğursuz seriyaya, nəhayət ki, son qoymağa müvəffəq olub. Portuqaliyaya 0:1, Qətər, Serbiya və Türkiyəyə eyni – 1:2 hesabı ilə yenilən de Byazinin kollektivi yenə hesabda geri düşməsinə baxmayaraq, bu dəfə nəinki məğlubiyyətdən qurtula bilib, hətta son dəqiqələrdə qələbə qolunu da vurub. Bu isə yığmamızın 2021-ci ildəki ilk qalibiyyəti olub.

Qeyd edək ki, millimiz iyunun 6-da Kişinyovda Moldova yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.