Son edilən araşdırmalar zamanı bəlli olub ki, dünyadakı ilk koronavirus xəstəsi Çinin Vuhan şəhərində olmayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "COVID-19"a yoluxan ilk xəstə italiyalı bir xanımdır.
ÜST-ün rəhbərliyi altında aparılan araşdırma zamanı bəlli olub ki, 25 yaşlı italiyalı xanım Çindəki ilk koronavirus xəstəsindən əvvəl, sözügedən virusun simptomları ilə xəstəxanaya müraciət edib.
Elm adamları hazırda həmin yoluxdurucu xəstəni axtarır. Lakin haqqında bilinən tək şey onun 25 yaşlı və Milandan olmasıdır. Araşdırmanı çətinləşdirən amil isə qeyri-məlum pasiyenti müayinə edən həkimin bu ilin mart ayında ölməsidir.
Ağarza Elçinoğlu