Özbəkistanda leysan yağışları nəticəsində meydana gələn sel insan tələfatına səbəb olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistanın Qırğızıstanla sərhəd Namanqan vilayətində sel nəticəsində 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün saat 13:30-da Qırğızıstanın Cəlal-Abad bölgəsində yağan güclü yağışlar səbəbindən Namanqan vilayətində Kasansay çayı daşıb.
Ərazidə axtarış və xilasetmə işləri davam edir.