Braziliyada son sutka ərzində daha 57 736 nəfərin koronavirus infeksiyasına yoluxması, 1556 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 209 729 nəfər yoluxub. Bu müddət ərzində 537 394 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 17 858 633 xəstə müalicə olunaraq sağalıb.