PKK terror təşkilatının (YPG, PYD) Suriyanın Afrin bölgəsində insanları edam edərək basdırdığı kütləvi məzarlıq üzə çıxıb.  

Unikal.org xəbər verir ki, yerli prokurorun göstərişi ilə aparılan qazıntı işləri zamanı, kisələrdə 35 nəfərin cəsədi tapılıb.

Bildirilir ki, edam edilmiş cəsəd sayının artacağı da istisna edilmir. 

Araşdırma zamanı xidməti maşınlar torpağı 15-20 metr enində qazıb, nəticədə PKK terror təşkilatının cinayətləri ortaya çıxıb. Qeyd edilir ki, onlar insanları Türkiyənin "Zeytin Dalı" əməliyyatından bir neçə gün əvvəl edam edib kütləvi şəkildə torpağa basdırıblar.