Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 398 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 382 734, xəstəlikdən ölənlərin sayı isə 5 503 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 362 491 nəfərin sağaldığı bildirilir.