İyulun 21-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin yaraqlılarından biri özünə qəsd edib.
Unikal.org erməni KİV-lərinə istinadla xəbər verir ki, Xocavənd ərazisindəki mənbələrdən verilən məlumata görə, xidmətin çətinliyinə dözməyən hərbi qulluqçu Samvel Dadunts avtomatla özünü qarnından güllələyib.
Hazırda hərbçinin meyitinin tibbi ekspertizası aparılır.
Məlum olub ki, bu, S.Daduntsun xidmət etdiyi dəstədə baş verən ilk cinayət hadisəsi deyil.