Türkiyənin Kahramanmaraş ərazisində məscidlərin birində ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 58 yaşlı molla səhər namazını qıldıqdan sonra qəflətən halı pisləşib. Məscidəki insanlar onu huşsuz vəziyyətdə yerdə tapıblar. Qısa zamanda mollanı xəstəxanaya aparılıb.
Lakin həkimlər onun vəfat etdiyini bildiriblər. Məlum olub ki, molla bir həftə əvvəl ürəyindən əməliyyat keçirib. Onun ölümünə də ilkin səbəb bu göstərilib.