“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.
Unikal.org xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tvitterdəki şəxsi hesabında paylaşıb.
Paylaşımda daha sonra deyilir:
"Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq".