Bakıda fahişələr müştərilərini soydu
Bakı şəhərinin Nizami rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 01:30 radələrində paytaxt sakini 1977-ci il təvəllüdlü S.N naməlum şəxslər tərəfindən soyulub. Məlumata görə, metronun “Neftçilər” stansiyasının yaxınlığında S.N bir qadına yaxınlaşıb. Onun məqsədi isə həmin qadınla cinsi münasibətdə olmaq olub. Gecə yarısı yol kənarında dayanmış qadın müştəriyə yaxınlıqda daha iki tanış qadının olduğunu bildirib və onları da çağırıb. S.N. onlarla 20 manat müqabilində razılaşıb. Daha sonra S.N. tanış olduğu 3 qadınla birgə metrostansiyanın yaxınlığında dayanmış “Mercedes” markalı avtomobilə minib. Onlar Nizami rayon Vəliyev küçəsi 1 ünvanına, Neft Emalı zavodunun qarşısına gəlib. Burada qəfildən “Mercedes”in sürücüsü bıçaq çıxararaq, S.N-nın boğazına dirəyib. Arxa oturacaqda əyləşən qadınlar isə müştərinin ciblərini boşaldıblar. Müştərinin cibindən 320 manatı götürdükdən sonra sürücü bıçağı çəkib və S.N-nı maşından düşürərək qadınlarla birlikdə ərazidən uzaqlaşıb.

Zərərçəkmiş dərhal polisə müraciət edib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 3 qadın - paytaxt sakinləri Flora Hüseynova və Tamella Məmmədova, həmçinin Masallı sakini Ofeliya Musayeva saxlanılıblar.