Braziliyada son sutka ərzində daha 15 951 nəfərin koronavirus infeksiyasına yoluxması, 672 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 974 850 nəfər yoluxub. Bu müddət ərzində 585 846 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 20 016 161 xəstə müalicə olunaraq sağalıb.