İŞİD terror qruplaşmasının döyüşçülərindən ibarət qrup Əfqanıstanın paytaxtı Kabilin rayonlarından birində baş verən silahlı toqquşmanın gedişatında zərərsizləşdirilib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Taliban" bildirib.

"İŞİD döyüşçülərindən ibarət qrup Xair-Xan rayonunda məhv edilib", - mənbə deyib.

Qeyd olunub ki, Kabilin 17-ci dairəsinin ərazisində adi və ağır silahlardan atəş səsləri eşidilib. Məhv edilən terrorçuların sayı açıqlanmır.