İran Azərbaycandan yan keçən Tatev yolunun tikintisində iştirak edə bilər.

Unikal.org xəbər verir ki, bununla bağlı İran Nəqliyyat İnfrastruktur İnkişaf Təşkilatının İcraçı Direktoru Ermənistana gedəcək.

Məlumata görə, sözügedən şəxs mövcud beynəlxalq magistral Gorus-Qafan hissəsinə nəzarəti ələ alan Azərbaycandan yan keçməklə Zəngəzur bölgəsindəki Tatev (Gorusun kəndi) yolu ilə İrandan Ermənistana gedən alternativ marşrutu ziyarət etmək üçün Ermənistanda danışıqlar aparacaq.

Ermənistanda həmçinin, İranın Tatev yolunun tikintisində iştirak məsələsinin müzakirə ediləcəyi planlaşdırılıb.

Ağarza Elçinoğlu