Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 20 326 yoluxma halı qeydə alınıb, 57 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 438 353, ölənlərin sayı isə 15 516 nəfərə çatıb. Virusa yoluxanlardan 1 226 619 nəfərin sağaldığı bildirilib.