Ötən gün Sumqayıtda baş verən ağır qəza zamanı xəsarət alanlardan biri ölüb.

"Unikal" xəbər verir ki, xəsarət alaraq reanimasiyaya yerləşdirilən 1965-ci il təvəllüdlü Hümbətova Tamella Tərxan qızı xəstəxanada dünyasını dəyişib.

***

Sumqayıtda qəzada yaralananlardan üçünün vəziyyəti ağırdır.

"Unikal" xəbər verir ki, qəza nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralılardan  9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

xxx

20:01

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

"Unikal" xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.