Bakıda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, martın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini R.Qəniyev idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Güloğlan Mirzəyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Nizami Rayon Polis Şöbəsində araşdırma aparılır.