Rusiyalı milyonçulardan sonra prezident Vladimir Putinin sərvəti də Qərb dövlətlərinin sanksiya hədəfinə tuş gəlib.
"Unikal" xəbər verir ki, Böyük Britaniya Daxili İşlər Nazirliyinin Milli Cinayət Agentliyinin tərkibində yaradılmış “Kleptokratiya” bölməsi Putinin 200 milyard dollarlıq sərvətini tapmağı hədəfləyir.
Milli Cinayət Agentliyinin əməkdaşları bildirib ki, əsas məqsəd İngiltərəyə bağlı oliqarxların ardınca Putinində sərvətini tapmaqdır.
“Putin bu sərvəti Kremldə “təsdiqlənmiş” razılaşmalar və iş adamları vasitəsi ilə qazanıb. Bizim əsas məqsədimiz ölkəmizdə gizlədilən Rusiya aktivlərinə çatmaq və onları dondurmaqdır”.
Milli Cinayət Agentliyi Putinin aktivlərini dondurmaq səlahiyyətinə malikdir.
Qeyd edək ki, Ukraynanı işğal etməyə çalışan Rusiya bir çox ölkə tərəfindən iqtisadi və siyasi sanksiyalara məruz qalıb. Bundan başqa, Rusiyanın aparıcı oliqarxlarının xaricdəki aktivləri hədəfə alınır, onların aktivləri müsadirə edilir, maliyə əməliyyatları qadağan olunur.
Xatırladaq ki, 2017-ci ildə ABŞ-lı senator Bill Brauder adlı maliyyə eksperti Rusiya liderinin şəxsi sərvətinin 200 milyard dollar civarında olduğunu açıqlamışdı.
Putinin İngiltərədə 200 milyard dollarlıq sərvəti var? - Rəsmi London axtarışlara başladı
21:39 16-03-2022
DÜNYA
Digər Xəbərlər
2024-11-09 01:10:40
2024-11-09 00:56:46
2024-11-09 00:33:19
2024-11-09 00:16:08
2024-11-08 23:37:07
2024-11-08 23:21:03
2024-11-08 22:57:00
2024-11-08 22:30:25
2024-11-08 21:33:31
2024-11-08 21:02:07
2024-11-08 20:51:24
2024-11-08 20:42:30
2024-11-08 20:30:00
2024-11-08 20:13:00
2024-11-08 20:06:00
2024-11-08 19:58:00
2024-11-08 19:42:00
2024-11-08 19:33:11
2024-11-08 19:06:05
2024-11-08 18:47:55