Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə ölkəmizə 1 trilyon dollardan çox başa gələcək.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal "BBC News" müsahibəsində deyib.
“Martın birinci ongünlüyünə birbaşa itkilər – həm Kiyev İqtisadiyyat Məktəbinin, həm də İqtisadiyyat Nazirliyinin məlumatına görə – 560 milyard dollardan çox olub. Əgər ümumi daxili məhsulun itkilərini uzunmüddətli perspektivdə dağıdılmış istehsal müəssisələri, dağılmış infrastruktur faktlarından hesablasaq, itkilərin məbləği 1 trilyon dollardan qat-qat artıqdır. Müharibə səbəbindən ölkəmizin itirəcəyi budur", - deyə baş nazir ifadə edib.
Gülayə Mecid