“Moskva” kreyserində yanğın zamanı 1 hərbçi həlak olub, 27 ekipaj üzvü itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 13-də baş verən yanğın zamanı döyüş sursatı detonasiyaya uğrayıb və gəmi ciddi şəkildə zədələnib. Yanğının söndürülməsi cəhdləri səmərəsiz olub. Gəminin saxlanması üçün aparılan mübarizədə 1 hərbi qulluqçu həlak olub, 27 ekipaj üzvü itkin düşüb. Qalan 396 nəfər Qara Dəniz donanmasının digər hərbi gəmiləri ilə təxliyə olunub.