Türkiyə tərəfi Suriya ərazisinə hərbiçi daşıyan, eləcə də mülki uçuşlar edən Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, bu icazələr üç aylıq verilirdi, aprelə qədər verilmiş icazə vaxtı bitib.