Fransanın nüfuzlu “Le Monde” qəzeti dünyada 20 ən gözəl şəhərin siyahısını dərc edib.

"Unikal" xəbər verir ki, bu siyahıda 7-ci yeri İspaniyanın Araqon vilayətindəki Ueska əyalətinin Riqlos şəhəri tutub.

Əhalisinin sayı 255 nəfər olan Riqlos şəhəri La-Xoyya rayonunda, Qalyeqos çayının yaxınlığında yerləşir.

Bu şəhər qırmızımtıl rəngdə daşdan əmələ gəlmiş qaya kompleksi – hündürlüyü 300 metrə çatan malloslar ilə məşhurdur.