Rusiyanın müstəqil Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynanı dəstəkləyib .
"Unikal" "Reuters"a istinadən xəbər verir ki, keçmiş kansler bu bəyanatı Almaniya həmkarlar ittifaqı konfederasiyasının rəhbəri ilə vida mərasimində verib.
"Mən bu müharibədə Ukraynanı dəstəkləyirəm", - Merkel ifadə edib.
O, həmçinin Almaniya hökumətinin Ukraynaya yardım səylərini dəstəklədiyini bildirib.
Lakin Almaniyanın keçmiş kansleri Ukrayna ilə bağlı gələcək addımlarla bağlı hazırkı hökumətə hər hansı məsləhət verməkdən imtina edib.
Qeyd edək ki, Qərb mətbuatında yer alan xəbərlərə görə, Merkelin Putinlə yaxın dostluğu uzun illərdir davam edir.
Gülayə Mecid