İtaliya  polisi ölkənin şimal-qərbindəki Triest limanında 4,3 ton kokain müsadirə edib.

"Unikal" xəbər verir ki, bu barədə  ANSA məlumat yayıb.

Polis bunun Avropada ən böyük narkotik müsadirələrindən biri olduğunu bildirib.

İstintaqın məlumatına görə, cinayətkar qruplar narkotik partiyası üçün təqribən 96 milyon avro ödəyib və kokainin satışından təxminən 240 milyon avronu zəbt etməyi planlaşdırıblar.

Ümumilikdə 38 axtarış aparılıb, iki milyon avroya yaxın nağd pul müsadirə edilib.