Pakistanda rəsmi səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Baerboka tətbiq edilən COVID-19 testinin nəticəsinin müsbət olduğu açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Kristofer Burger məlumat yayıb. O, İslamabadda  nazir Annalena Baerboka tətbiq edilən sürətli COVID-19 testinin müsbət çıxdığını və nazirin bütün digər təyinatlarının ləğv edildiyini açıqlayıb.