Meksikanın San Luis Potosi əyalətində magistral yolda 7 nəfərin cansız cəsədi tapılıb.
"Unikal" xəbər verir ki, 7 nəfərin cəsədi Akvismon əyalətinin Valles Rioverde şossesində tapılıb.
Hadisə yerinə gələn prokurorluq əməkdaşları sözügedən şəxslərin işgəncə ilə öldürüldüyü barədə məlumat paylaşıblar.
Sosial şəbəkələrdə əks olunan fotoşəkillərdə bu şəxslərin əvvəlcə işgəncələrə məruz qaldıqları, sonra isə edam edildiyi üzə çıxıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.