Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 920 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 274, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.