"Real" futbolçusu Naço Fernandezlə danışıqlar aparır.

"Unikal" xəbər verir ki, "Kral klubu" ispaniyalı müdafiəçi ilə müqavilənin müddətini artırmaq istəyir. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. "Real" 2024-cü ilə qədər sözləşmə təklif edir.

Qeyd edək ki, 32 yaşlı futbolçunun müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır. Naço 2013-cü ildən "Real"ın formasını geyinir.