Ukraynada Belarus şirkətlərinə məxsus asfalt zavodlarının fəaliyyəti dayandırılıb. Dəyəri təxminən 120 milyon qrivn təşkil edən aktivlərə isə həbs qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev şəhər prokurorluğu məlumat yayıb.
Müstəntiqlərin fikrincə, Ukraynada Belarusdan olan benefisiara məxsus üç firma fəaliyyət göstərirdi. Onların əsas fəaliyyəti yol təmiri işlərinin aparılması olub.
“Araşdırma zamanı Kiyev şəhəri, Jitomir və Nikolayev vilayətlərində yerləşən və adıçəkilən şirkətlərə məxsus üç asfalt zavodu həbs edilərək ARMA-nın (TƏDQİQAT VƏ AKTİVLƏRİN İDARƏ EDİLMƏSİ AGENTLİYİ)idarəçiliyinə verilib”, - məlumatda deyilir.
Hüquq-mühafizə orqanları yolların tikintisi, yenidən qurulması və təmiri üçün ayrılan vəsaitlərin mənimsənilməsi ehtimalını da araşdırır.