Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən "Unikal"-a verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib.
Millinin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) isə turniri bürünc medalla başa vurublar.
Beləliklə, Qran-Pridə nəticə qazanmış idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq, 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.