Rusiya xarici işlər naziri Sergey Lavrova və onu müşayiət edən bir sıra şəxslərə dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika vizası verilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu gün Lavrova və onu müşayiət edən bir sıra şəxslərə vizalar verilib", - deyə agentliyə diplomatik departamentdən bildirilib.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski jurnalistlərə açıqlamasında Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin hələ ABŞ vizası almadığını bildirmişdi. Nümayəndə heyətinin üzvü qeyd edib ki, Amerika tərəfi ruslara viza verməsə, Rusiya Federasiyası qərargahın bu ölkənin ərazisindən köçürülməsinin tərəfdarı olacaq. Slutski BMT Təhlükəsizlik Şurasının üzvləri arasında bu təşəbbüsün tərəfdarlarının olduğunu vurğulayıb.
Gülayə Mecid