Rusiyada şübhəli ölüm hallarına yenisi əlavə edilib. Müharibənin dayandırılması üçün zəng edən iş adamı ölü tapılıb.
"Unikal" xəbər verir ki, Putinin Ukraynaya qarşı müharibəsinə etiraz edən Uzaq Şərq və Arktika İnkişaf Agentliyinin baş direktoru İvan Peçorin boğularaq öldürülüb.
Rusiyanın dövlət mediası RİA Novosti-yə istinadən xəbər verir ki, Vladivostok administrasiyası Bereqovoe kəndi yaxınlığında cəsədin tapıldığını bildirib.
Bu ilin əvvəlində Peçorinin şirkəti qeyri-adi ictimai mövqe tutaraq Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxıb və münaqişəyə son qoymağa çağırıb.Şirkətin bazar ertəsi yaydığı bəyanatda ölümlə bağlı aşağıdakı ifadələr yer alıb: “12 sentyabr 2022-ci ildə Uzaq Şərq və Arktikanın İnkişafı Aviasiya Sənayesinin baş direktoru həmkarımız İvan Peçorinin faciəvi ölümündən xəbər tutduq. "
Bəyanatın davamı olaraq, "İvanın ölümü dostları, həmkarları və şirkət üçün böyük itkidir. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk".
Peçorin yanvarın sonundan bəri müəmmalı qəzalarda intihar etdiyi və ya öldüyü bildirilən doqquzuncu aparıcı rus iş adamıdır. Əvvəllər naməlum və ya şübhəli şəkildə ölmüş kimi görünən digər iş adamlarından altısı da Rusiyanın iki ən böyük enerji şirkəti ilə əlaqəli idi.
Bu altı nəfərdən dördü Rusiyanın enerji nəhəngi “Qazprom” və ya onun törəmə şirkətlərindən birinə, digər ikisi isə Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan “Lukoyl”a bağlı idi.